• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15-19 aprel 2024-cü il

    15-19 Aprel 2024-cü il tarixlərində “Erasmus+işçi mübadiləsi” proqramı çərçivəsində Türkiyə Respublikasının İnönü Universitetinin Güzel Sanatlar ve tasarım fakültesinin müzik bölümü müzikoloji anasanat dalı öğretim görevlisi Zafer Kılınçer  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Tarix-nəzəriyyə” fakültəsinin tələbələri ilə mühazirələr keçirmişdir.

    O mühazirələrdə “Dünyada qaraçıların yayılması”, “Türkiyədə yaşayan qaraçıların tarixi”, “Çukurova Roman xalqının musiqi mədəniyyəti”, “Azərbaycan qaraçılarının musiqi mədəniyyəti”, “Çukurova Roman xalqının və Azərbaycan qaraçılarının  musiqi mədəniyyətlərinin müqayisəsi“  haqqında mövzular ilə çıxış etmişdir. Zafer Kılınçer mühazirələrdə maraqlı videoçarx görüntülər ilə qaraçı musiqi mədəniyyətinin koloritliyi, dünya ölkələrinə yayılması, onların milli musiqisi ilə xarici ölkələrin musiqisinin sintezi haqqında tələbələrə maraqlı məlumatlar vermişdir. Mühazirə tələbələr tərəfindən maraqla dinlənilmiş, rəğbətlə qarşılanmışdır. 

    İnönü Universitetinin rəhbərliyinə “Erasmus+işçi mübadiləsi” layihəsinin qarşılıqlı müəllim mübadiləsi çərçivəsində Zafer Kılınçerin mühazirələrini təşkil etdiyiniz üçün İnönü Universitetinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.