2 aprel 2024-cü il
2 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Narkomanlığa qarşı mübarizəyə dair tədbir keçirildi.
Öncə tədbirdə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova “Ağ ölüm” adlandırılan bəşəriyyətin qorxulu kabusu olan Narkomaniyanın zərərlərindən, onun acı nəticələrindən söz açdı. Y.Axundova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunması nəzərə çatdırdı.
O, həmçinin dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılı olduğunu, Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin, hər birimizin əsas vəzifəsi olduğunu bildirdi.
Sonra Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə
dövlət komitəsinin sektor müdiri Raqib Allahverdiyev, ardınca Bakı Narkoloji Mərkəzin həkimi, narkoloq Taqirə Quliyevə, sonda isə Video blogger Nail Kərimli insan həyatında ciddi fəsadlar yaradan, cəmiyyətdə “ağ ölüm” kimi tanınan, ən ağrılı ümumbəşər problemlərdən biri olan narkomaniya ilə bağlı maarifləndirici söhbətlər apardılar və danışılanları əsaslandıran video-çarxlar tələbələrə nümayiş olundu.
Çıxışların sonunda tələbələrin sualları mütəxəssislər tərəfindən ətraflı şəkildə cavablandırıldı, müzakirələr aparıldı.