• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 oktyabr 2023-cü il

    Qazax Müəllimlər Seminariyası/ADA Qazax Mərkəzində Təhsil və Mədəniyyətin vəhdəti:Nümunələr və yeni missiya  07 oktyabr 2023-cü il tarixində ADA Universiteti və tərəfdaşları bir müəllimin və bir sahibkarın manifestinə yeni səhifələr əlavə etmək üçün yenidən Qazaxa üz tutdular.

    Müəllimlər Gününü və Qazax Müəllimlər Seminariyasının bərpası üçün imzalanan Niyyət sazişinin ildönümünü qeyd edərək, Qazaxda təhsil və mədəniyyətimizin vədhəti müzakirə olundu.

    İdarə heyətinin üzvlərinin çıxışından və diplomların təqdim etmə mərasimindən sonra Azərbaycan Respublilasının Mədəniyyət Nazirinin müavini, Xalq artisti Murad Hüseynov “Üzeyir İrsi: Müəllimlikdən başlayan bir nümunə”  mövzusu ilə çıxış etdi.

    Ardınca söz musiqiyə verildi. 

    Bədii hissədə Baku Chamber Orchestranın  (Bədii rəhbər: Azərbaycan və SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi  Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Direktor: Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının prorektoru professor Yeganə Axundova, Baş dirijor: Azərbaycan Respublikasının  əməkdar artisti Fuad İbrahimov) müşayiətilə Fərhad Bədəlbəylinin “İthaf” (Qarabağ müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunmuşdur), Üzeyir Hacıbəylinin “Arazbarı”, Niyazinin “Arzu” (Solist: Azərbaycan Respublikasının  Xalq artisti Gülnaz İsmayılova), Qara Qarayevin İki rəqs (“7 gözəl” baletindən Aişənin rəqsi və

    “İldırımlı yollarla” baletindən ehtiraslı qızların rəqsi), Beynəlxalq müsabiqələr laureatı,  Vətən müharibəsi qazisi, “Cəsur döyüşçü” medalı, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”  medalları almış, Azərbaycan bəstəkarlar ittifaqının üzvü Amerikanın NEFTLİX film production tərəfindən dəvət alaraq  və qardaş ölkə Türkiyə ilə birgə çəkilən “Dirçəliş: Osmanlı İmperiyası” serialına musiqi bəstələmiş Vüqar Məmmədzadənin Memory” (Müharibədə həlak olan əsgər yoldaşlarına həsr olunur), Üzeyir Hacıbəylinin  “Sevgili canan”(Solist: Azərbaycan Respublikasının  əməkdar artisti Anar Şuşalı), Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” (Solist: Beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı), Tofiq Quliyevin  Ləzginka”(Solist: Azərbaycan Respublikasının  Xalq artisti Yeganə Axundova), Fikrət Əmirovun “1001 gecə” baletindən Şəhrizadın bayramı,Süleyman Ələsgərovun  “Vətənimdir”(Solist: Anar Şuşalı), Fikrət Əmirovun “Nizami” simfoniyasın (final), Tofiq Quliyevin “Sevgi valsı” (Solistlər: Gülnaz İsmayılova və Anar Şuşalı), Fikrət Əmirovun “Azərbaycan elləri” (Solist: Gülnaz İsmayılova), Niyazinin Qaytağı” səsləndirildi və səhnəyə Qazax aşığı Samir Cəlaloğlu dəvət olundu, sonra Xalq mahnıları “Dağların başı” və “Əlimi bıçaq kəsibdi” (Orkestr üçün işləyəni Ceyhun Allahverdiyev) (Solist: Azərbaycan Respublikasının  Xalq artisti Nəzakət Teymurova; Müşayiət edirlər: Əməkdar artist Əliağa Sədiyev, Xalq artisti Elşən Mansurov, Əməkdar artist Kamran Kərimov), “Qarabağ şikəstəsi” ritmik muğamı (Orkestr üçün işləyəni Ceyhun Allahverdiyev) (Solist: Azərbaycan Respublikasının  Xalq artisti Nəzakət Teymurova; Müşayiət edirlər: Əməkdar artistlər Əliağa Sədiyev, Elşən Mansurov, Əməkdar artist Kamran Kərimov) ifa olundu.

    Tədbir hər kəs tərəfindən böyük maraqla qarşılandı.