11 oktyabr 2023-cü il
11 oktyabr 2023-cü il tarixində Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva BMA-nın Tələbə Gənclər Təşkilatı üçün sədr və müavinləri təyin etmək məqsədilə seçki keçirtmişdir.
Tələbələrin seçiminə əsasən TGT-nın sədri “Tarix-nəzəriyyə” fakültəsinin 1-ci kurs magistr tələbəsi Fidan Əliyarzadə, müavinlər isə Kənan Məmmədzadə (İnstrumental ifaçılıq fakültəsi, 2-ci kurs), Nəzrin Qulamova (İntrumental ifaçılıq fakültəsi, 3-cü kurs), Selcan Şabanlı (“Tarix -Nəzəriyyə” fakültəsinin 1-ci kurs magistr) seçilmişdir.