• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 aprel  2023-cü il

    2023-cü il 20.04-31.05 tarixlərində N.G.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında bağlanan müqavilə əsasında və onların birgə əməkdaşlıqları nəticəsində BMA-nın  bir qrup müəllim heyəti - Əməkdar artist Nigar Məlikova, dosentlər Züleyxa Abdulla, Aynur Xəlilova, baş müəllimlər Nigar Həsənova, Afaq Qarayeva, Lalə Muxtarova, Günel Eyvazzadə və Cəmilə Əmirova  “Проблемы интерпретации и вопросы формирования пианистического мастерства” mövzusu ilə Kazan Dövlət Konservatoriyasının təkmilləşdirmə kurslarını uğurla başa vurdular.

    Hər iki ali musiqi ocağının rektorları - Vadim Dulat-Aleyev və Xalq artisti, professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə olduqca yüksək səviyyədə keçirilən ixtisasartırma kurslarının davamlı olması arzulandı.