• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17-25 aprel  2023-cü il

    2023-cü il 17-25 aprel tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova və “Azərbaycan Ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müəllimi, bəstəkar Azər Hacıəsgərli Estoniya Musiqi və Teatr Akademiyasında, Erasmus proqramı çərçivəsində işgüzar səfərdə oldular.

    Səfər zamanı akademiyanın bəstəkarlıq və musiqişünaslıq ixtisasları üzrə tədris proqramları ilə tanış olub, dərslərdə iştirak etdilər.

    Estoniya Musiqi və Teatr Akademiyasında Bəstəkarlığın tədrisinin yeni müasir istiqamətləri ilə tanışlığın əsas məqsədi - Bakı Musiqi Akademiyasının bəstəkarların təhsil proqramına elektron musiqi, audio-vizual bəstəkarlıq kimi fənnləri daxil edilməsi olmuşdur. Əməkdaşlarımız daha sonra Estoniya Musiqi və Teatr Akademiyasının prorektorları Margus Partlas və Henry-David Varema ilə görüş keçirdilər. Görüş çərçivəsində bəstəkarlıq və musiqişünaslıq ixtisasları  üzrə yeni tədris fənnləri haqqında müzakirələr aparılmışdır.

    Əlavə olaraq "Commute" musiqi texnologiyaları festivalında audio vizual sahədə bəstəkar Azər Hacıəsgərlinin iki əsəri səslənmişdir. Festivalda Estoniyadan, İtaliyadan, Litvadan, Danimarkadan və bir çox ölkələrdən olan bəstəkarlar çıxış etmişlər.