• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 mart  2023-cü il

    30 mart 2023-cü il tarixində  AİESEC təşkilatının nümayəndələri  xarici ölkələrdə təcrübə proqramı ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ilə görüş keçirdi.

    Görüş zamanı tələbələr təcrübə proqramında iştirak edən gənclərin əldə edəcəkləri üstünlüklər, tədris sahəsi ilə bağlı olan bilik və bacarıqları inkişaf etdirmək imkanları və s.  haqqında ətraflı məlumat əldə etdilər.

    Görüşdə BMA-nın Tələbələrlə iş üzrə şöbəsinin müdiri Anar Seyidov və şöbənin  mütəxəssisi İlahə Allahverdiyeva da iştirak etdilər.