• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 mart  2023-cü il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İxtisasartırma keçən Qazaxıstan İncəsənət Universitetinin ll kurs magistr tələbəsi  Şirin Şavkatkizi Axmedjanovanın elmi ixtisasartırma müddəti uğurla başa çatdı.

     Qeyd edək ki, onun elmi rəhbəri Əməkdar müəllim, sənətşünaslıq namizədi, professor Leyla Məmmədova olmuşdur.

    Ş.Axmedjanovaya ixtisasartırmanı təsdiq edən sertifikat təqdim olundu.

    O, Bakı Musiqi Akademiyasındakı yüksək təhsil səviyyəsindən, burada ona göstərilən qayğıdan, diqqətdən çox məmnun qalaraq, bütün professor-müəllim heyətinə dərin təşəkkürünü bildirdi.