18 noyabr 2022-ci il
18 noyabr 2022-ci il tarixində DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutdu.
DOST Agentliyinin Məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov dövlət monitorinqi çərçivəsində görülən işlər mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Monitorinq Komissiyasının məqsədi, əsas istiqamətləri, əhatə etdiyi sahələr, hədəf qrupları və s. mövzularla bağlı məlumat verildi.
Mövzu ətrafında aparılan müzakirələrdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Quliyeva, BMA-nın "Təcrübə və məzunlarla iş" şöbəsinin müdiri Anar Seyidov və şöbənin mütəxəssisi İlahə Allahverdiyeva da yaxından iştirak etdilər.