6 iyul 2022-ci il
6 iyul 2022-ci il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında dövlət qurumlarının, incəsənət nümayəndələrinin, YAP partiya fəallarının iştirakı ilə “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” adlı mədəni-kütləvi tədbir keçirildi.
Tədbirdə YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və başqaları çıxış etdilər.
Tədbirin əsas məqsədi sağlam gələcəyimizin təmin olunmasıdır. Qeyd olundu ki, bu məsələdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır.
YAP Mərkəzi Aparatı, Səbail rayon təşkilatı və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı ilə davam etdirildi.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri: Nigarxanım Süleymanova, Fatimə Məmmdzadə iştirak etdi.