4 noyabr 2022-ci il
Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi-ixtisasartırma keçmişlər.
04 noyabr 2022-ci il tarixində bir qrup tələbəyə ixtisasartırmanı təsdiq edən Sertifikatlar təqdim olundu.
Təqdimatda BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açdı, necə illərdir bu ənənələrin davam etdiyini qeyd etdi və ali məktəblər arasındakı əməkdaşlığı təqdirəlayiq hal kimi yüksək qiymətləndirdi.
BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova da tələbələrə ürək sözlərini bildirib, onları ixtisasartırmanı uğurla başa vurmaqları münasibətilə təbrik etdi.
Qazaxstanlı magistr tələbələr yaradılan şəraitə, göstərilən isti münasibətə görə BMA-nın rəhbərliyinə, başda rektor, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə dərin minnətdarlıqlarını bildirdilər.