5 oktyabr 2022-ci il
5 oktyabr 2022-ci il tarixində Bakı Slavyan Universitetində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda maarifləndirici tədbir keçirildi.
Bakı Slavyan Universitetində keçirilən tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon üzrə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Zahid Xəlilov, YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Məhərrəmov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev, Nəsimi rayon Polis İdarəsinin narkomaniyaya qarşı mübarizə şöbəsinin rəisi Valeh Əliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Şahin İsmayılov və Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Pirəli Əliyev çıxış edərək gənclərin narkomaniyaya qarşı mübarizədə fəal, qətiyyətli olmağının önəmindən bəhs etdilər.
Tədbir zamanı iştirakçılara Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər paylanıldı.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından 3 nəfər iştirak etdi. Tələbələr: Həsən Bədəlzadə və Arsalan Navab Moghadam.