• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 oktyabr 2022-ci il

    “AZƏRBAYCAN QƏDİM RƏQS HAVALARI” kitabının təqdimatı

     

        Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin 2022-ci il 6 oktyabr tarixində Bakı Ekspo Mərkəzinin Bakı Beynəlxalq kitab sərgisinin Bülbül guşəsində “Azərbaycan Qədim Rəqsləri” kitabının təqdimatı keçirildi.

        Təqdimat Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə təşkil olundu.  Kitabın nəfis tərtibatı  “Şərq Qərb” nəşriyyatında dərc olunmuşdur. Kitabda toplanılan unudulmuş rəqslərin ərsəyə gəlməsində Rauf Bəhmənlinin çox böyük zəhməti var.  Demək lazımdır ki, kitabda rəqslərin toplanması, onların nota salınması, rəqslər haqqında tarixi məlumatlar, rəqslərin xoreoqrafik quruluşları haqda da ətraflı məlumatlar verilir. 38 illik yaradıcılığı nəticəsində ərsəyə gələn bu rəqslər gələcək nəsil üçün böyük bir mənbədir. Bu mənbəyə həm dissertasiya, bakalavr, magirstr  işlərində, elmi məqalələrdə istinad edilə bilər.

          Təqdimatda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə kitab haqda öz dərin fikirlərini söylədi. Bu təqdimatla yanaşı həm də  Nuridə İsmayılzadə Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan və müxtəlif ölkələrin nəşriyyatlarının çap etdiyi kitabların sərgilərinin də keçirildiyini qeyd etdi. Məhz  gənclərin bu sərgilərdə iştirakı böyük fəxredici haldır.  Bu sərgidə həm böyüklər, həm də kiçik yaşlı uşaqlar üçün kitablar da vardı. 

          Növbəti çıxış Ü.Hacıbəyli adına BMA-nın professoru, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Dadaşovaya verildi. Elnarə xanım həm bir müəllim, həm bir bəstəkar, həm də bir musiqiçi kimi çıxış edərək Rauf Bəhmənliyə bu çətin işdə uğurlar arzuladı. Elnarə Dadaşova həm də milli sərvətlərimiz olan 500-ə qədər qədim rəqslərin toplanılıb bizim tarixi mənşəyimizin əsasını təşkil etdiyini xüsusilə vurğuladı. Hətta Rauf Bəhmənlinin topladığı “Çeşmə başında” unudulmuş rəqsinin kamera orkestri üçün yazılmış yeni əsərini söylədi.   

        Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı isə Rauf Bəhmənli ilə birgə Radio-105 fm-də hazırladıqları verilişlər haqda fikrlərini bildirdi. Həm də kitabın necə hazırlanmasının, ərsəyə gəlməsinin səbəblərini təsdiq edərək bu dəyərin qiymətləndirilməsini xüsusilə vurğuladı.  Səadət Təhmirazqızı xüsusilə də qeyd edərək bu kitabın hər bir musiqiçi üçün masaüstü kitab olmasını da tövsiyyə etdi. 

          Sonda bu nəfis kitabın müəllifi Rauf Bəhmənli kitabın ərsəyə gəlməsində hamıya öz dərin təşəkkürünü bildirdi.

           Yaradıcılıq uğurlarınız bol olsun, Rauf Bəhmənli!

     

    Ü.Hacıbəyli adına BMA-nın

    Elmi-tədqiqat laboratoriyasının

    elmi işçisi

    Nəsirova Fidan