• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 Oktyabr 2022-ci il

    1 oktyabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Şuşa şəhərinə səfəri baş tutmuşdur.

    Müvafiq qeyri-hökumət təşkilatının layihəsi çərçivəsində həyata keçirilən səfərdə 18 ali təhsil müəssisəsindən 36 ölkəni təmsil edən 44 əcnəbi tələbə iştirak etdi.

    Əcnəbi tələbələr sırasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan  Abrishami Vafa Mohammad Taghi (magistr ll kurs, "Simfonik orkestr dirijoru" ixtisasi, (İran İslam Respublikası vətəndaşı),  Nuradin Heyrullayeviç Abdullayev (magistr l kurs, skripka ixtisasi, (Türkmənistan Respublikası vətəndaşı) də səfərdə iştirak etmişdir.

    Səfər çərçivəsində əcnəbi tələbələrə işğaldan azad olunan ərazilərin zəngin təbiəti, mədəni və tarixi irsi barədə ətraflı məlumat verilmişdir. Onlar Şuşa qalası, Cıdır düzünü ziyarət etmişlər. Əcnəbi tələbələrə işğal zamanı Azərbaycanın görkəmli şəxsiyyətləri olan Üzeyir Hacıbəylinin, Bülbülün və  Xurşidbanu Natəvanın heykəlləri nümayiş olundu.

    Sonda xatirə şəkili çəkdirildi və  əcnəbi tələbələrin təəssüratları dinlənildi.