• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 iyul 2022-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin "Musiqi müəllimliyi" ixtisasının lV kurs tələbəsi Nərgiz İsmiyeva  Türkiyədə 2 ay müddətində keçirilən Avropa Birliyinin beynəlxalq layihəsini qazanmışdır.

    Nərgiz İsmiyeva  Azərbaycanı təmsil edən üç iştirakçıdan biri olmuşdur.

    Sonda O, beynəlxalq dərəcəli sertifikata layiq görüldü. Azərbaycanla yanaşı layihədə digər ölkələrdən də nümayəndələr iştirak etmişdir:  Portuqaliya, İtaliya, Gürcüstan, Mərakeş və s.

    Layihə bilik və bacarıqları artırmaq, həmçinin iştirakçı ölkələrin təşkilatları arasında əməkdaşlığı gücləndirmək və gənc xərçəng xəstələrinə dəstək olub, onlar üçün çalışmaq məqsədi daşıyır.

    “European Solidarity Corps” Avropada və onun hüdudlarından kənarda icmalara müsbət dəyişiklik gətirmək istəyən gənclərə təcrübə keçmə və iş imkanları təqdim edən Avropa İttifaqı proqramıdır. Bu, gənclərə həmrəylik, vətəndaşlıq və sosial birliyin dəyərini təbliğ etməklə yanaşı, xaricdə və ya öz ölkəsində zənginləşdirici təcrübə vasitəsilə özlərini inkişaf etdirməyə və dəyərli bacarıqlar əldə etməyə imkan verir.