• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 aprel 2022-ci il

    29.04.2022-ci il tarixində YAP Nəsimi rayon təşkilatının qərargahında  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününə həsr edilmiş, 

    İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi,  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalardan Azad Qarabağ” adlı layihəsi  çərçivəsində silsilə tədbirlərdə fəal iştirakına görə Yeni Azərbaycan Partiyası YAP Nəsimi rayon təşkilatı tərəfindən BMA-nın bir qrup tələbələrinə sertifikat təqdim olundu:

    Elvin Mehtiyev, Səlimov Namiq, Məhəmməd Əliyev, Əliyar Məmmədov, Emil Quliyev, İbrahim Kazımov, Priyeva Ləman, Adil Əmirli, Faiq Əlizadə, Əhmədli Türkruh, Əyyub Seyidzadə, Tofiq Şükürov, Südef Hacıyev