• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 dekabr 2021-ci il

    29 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanovanın "Ülviyyə İmanova-75 Seçilmiş elmi əsərlər" kitabının təqdimatı keçirildi.

    Qeyd edək ki, kitabın elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, tərtibçi redaktoru isə sənətşünaslıq üzrə elmlər doktoru, dosent Kəmalə Ələsgərlidir.

    Təqdimatda Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor, Tədris işləri üzrə prorektor Nərminə Quliyeva, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova, Əməkdar incəsənət xadimi sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədov, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xatirə Həsənzadə, BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aybəniz Növrəsli baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva, BMA-nın doktorantı, musiqişünas Aynur İsgəndərova ürək sözləri ilə çıxış edərək, dəyərli kitab nəşr etdirdiyi üçün Ülviyyə xanıma təşəkkürlərini, yeni yaradıcılıq uğurları arzu etdilər.

    Ardınca söz musiqiyə verildi.

    Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələri Nailə Xasıyeva, Cəmalə Abdinzadə, Zərrin Əliyeva, Fidan Məmmədzadə, Leyla Cavadova, Kamran Talıblı, Elxan Niftiyev, Kənan Xəlilzadə, Zöhrə Ramazanlı və Nəriman Məsimovun ifasında V.Adıgözəlovun "Bakı haqqında mahnı", F.Kreyslerin "Gözəl rozmarin", S.Zilmixanqızının "Azərbaycan", İrland xalq musiqisi "Danny boy", M.Mangani "Albomdan səhifə", V.Çiara "La spagnola", T.Quliyevin "Qaytağı" əsərləri səsləndirildi.

    Sonda Ü.İmanova  təbriklərə, xoş sözlərə görə və   kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını olduğunu bildirdi.