• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 dekabr 2021-ci il

    21 dekabr 2021-ci il tarixində Heydər Əliyev Sarayında Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Beat Group" şirkəti, "Visa", Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, "Stamperia print" şirkətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi ilə XX əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin "Nizami" tele-operasının təqdimatı keçirildi.

    Layihədə həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs ansamblı da iştirak etmişdir.

    Qeyd edək ki, layihənin rəhbəri Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, layihənin ideya müəllifi Respublikanın Əməkdar artisti Ramil Qasımov, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Banayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu xoreoqrafı Əmıkdar artist Ceyhun Qubadov və baş xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

    "Nizami" tele-operasında Bakı Musiqi Akademiyasının müəllimləri və vokal ixtisasının məzunları yer almışlar.