• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 dekabr 2021-ci il

    1 Dekabr 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının tələbələri ADA Universitetində British Council’ın təşkilatçılığı ilə keçirilən Creative Spark layihəsinin növbəti tədbir sessiyasında iştirak etdilər.


    Sessiyanın məqsədi ADA Universiteti, İqtisad Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə Layihə çərçivəsində İş yeri və Müəssisələrin Yaradılması: Biznes Başlanğıc Səyahəti- Azərbaycan/Böyük Britaniya Layihəsi və Sahibkarlıq Bacarıqları Təlim Proqramlarınım təqdimatı olub.


    Bu layihə də özlüyündə Creating Enterprise: The Business Start-Up Journey- Azərbaycan/Böyük Britaniya Azərbaycan və Böyük Britaniyanın ali təhsil müəssisələri: Kent Universiteti (Böyük Britaniya), ADA Universiteti, Bakı Musiqi Akademiyası, İqtisad Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (Azərbaycan) ibarət beynəlxalq layihədir.