• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 noyabr  2021-ci il

    BMA-nın 100-illiyinə Məktəb-studiyanin innovasiyali tədris vəsaitləri

     Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibəti ilə professor Tarlan Seyidovun rəhbərliyi altında BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası unikal layihəsini başa çatdırmışdır. Bu layihə ölkənin Uşaq musiqi məktəbləri və incəsənət məktəbləri üçün nəzərdə tutulmuş “Musiqi ədəbiyyatı” fənni üzrə innovasiyalı tədris vəsaitlərinin hazırlanması ilə bağlıdır. Bu işə təcrübi-eksperimental məktəb-studiyanın aparıcı müəllimləri və elmi işçiləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova, Elmira Mustafayeva, Nüşabə Quliyeva, Rəna Məmmədova, Şəfəq Hacıyeva cəlb olunmuşdur.

    Bu layihənin unikallığı hər şeydən öncə onun qısa və lakonik olmasında, eyni zamanda şagirdin musiqi materialının nümunələrini əyani sürətdə görüb-eşitmə imkanına sahib olmağındadır (not nümunələri və onların linkləri verilmiş mövzudan dərhal sonra gəlir). Bu yeni üsul verilmiş məzmunun qısa müddətdə asan və rahat qavranılmasına zəmin yaradır, eyni zamanda şagirdin vaxtdan səmərəli şəkildə istifadə etməklə musiqili-ifaçılıq ixtisas fənnləri ilə məşğul olmağa imkan verir.

    Mühüm məqamlardan biri də klassik musiqinin bir sıra şah əsərlərinin yaranma tarixinin yeni tərzdə işıqlandırılmasıdır.

    Məsələn, Mosartın məşhur Türk marşı bu janrın Avropa mədəniyyətinə (XVI – XVIII əsrlər arasında Osmanlı imperiyasının və Avstriyanın uzun sürən müharibələri zamanında) daxil olması nəticəsində yaranmışdır. Və sonrakı dövrdə baş verən avstriya-türk müharibələrinin heç biri avstriyalıların türk musiqisinə, əsasən də yeniçərilərin hərbi marşına olan sevgisini məhv edə bilməmişdir.

    Konspektlərdə Şopenin məşhur “İnqilabi” fortepiano etüdünün bədii əsası qeyd olunur. Bu əsər rus mütləqiyyətinə qarşı olan polyak inqilabı hadisələrinin təsiri nəticəsində yazılmışdır.

    “Musiqi ədəbiyyatı” fənni üzrə Proqram-konspektlər bu yaxınlarda professor Tərlan Seyidovun müəllif layihəsi əsasında məktəb-studiya tərəfindən uğurla həyata keçirilmiş “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” Birinci Beynəlxalq müsabiqəsinə xarici və yerli iştirakçıların hazırlanması üçün metodoloji əsas kimi xidmət etmişdir.

    Vəsaitin elektron versiyası ölkəmizin bütün musiqi məktəblərinə göndərilmişdir. Əlbəttə ki, sevindirici məqamlardan biri odur ki, bir çox məktəblər öz minnətdarlıqlarını bildirmiş və bu yeni, mühüm layihənin davamlı olmasında maraqlı tərəf kimi çıxış etmişdilər.

    BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası elmi-metodik işlərin aktual problemlərini və kompleks təhsilin innovasiyalı formalarını nəzərdən keçirərək, böyük şövq ilə yeni elmi araşdırmalara can atır və buna nümunə olaraq yuxarıda adı çəkilən tədris vəsaitlərini qeyd etmək olar.

    Azərbaycan və rus dillərində istifadəyə verilmiş Proqram-konspektlərin elektron versiyası ilə Bakı musiqi akademiyasının rəsmi saytındakı aşağıda qeyd olunan səhifələrində tanış ola bilərsiniz.

    http://www.musicacademy.edu.az/images/elmi_neshrler/muzlit_4_sinif_rus.pdf

    http://www.musicacademy.edu.az/images/elmi_neshrler/muzlit_4_sinif_az.pdf

    http://www.musicacademy.edu.az/images/elmi_neshrler/5_sinif_rus.pdf

    http://www.musicacademy.edu.az/images/elmi_neshrler/5_sinif_az.pdf

    http://www.musicacademy.edu.az/images/elmi_neshrler/muslit_6sinif_rus.pdf

    http://www.musicacademy.edu.az/images/elmi_neshrler/muslit_6sinif_az.pdf

    http://www.musicacademy.edu.az/images/elmi_neshrler/7_sinif_muzlit_new.pdf

    http://www.musicacademy.edu.az/images/elmi_neshrler/7_sinif.pdf