• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 noyabr  2021-ci il

    20 noyabrın  2021-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində "Yaşıl Marafon" layihəsi çərçivəsində "Zəfərdən yaşıl düşüncəyə" devizi altında ağacəkmə kompaniyası baş tutub. 

    Ağacəkmə kampaniyasına müvafiq qurumların rəhbər şəxsləri və aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri, "2007-2015 Dövlət Proqramı" və “Hökumətlərarası Təqaüd Proqramları (HTP)" məzunları qoşulmuşlar.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan xarici ölkə vətəndaşları - Türkmənistan vətəndaşı, bakalavr pilləsinin IV kurs tələbəsi  Nuradin Abdullayev, İran İslam Respublikasının vətəndaşları bakalavr pilləsinin II kurs tələbəsi  Hagh Parast Mahbod, magistr pilləsinin I kurs tələbəsi Abrişami Vəfa, bu kompaniyada yaxından iştirak etmişlər.

    Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.