• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 oktyabr 2021-ci il

    Britaniya Şurasının Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı çərçivəsində Bakı Musiqi Akademiyasında yeni https://www.creativebma.az/ veb-saytı istifadəyə verilib.

    Məlum olduğu kimi, 2019-cu ildən etibarən Bakı Musiqi Akademiyasında Şərqi London Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıqda Creative Spark layihəsi uğurla davam edir. Layihənin icra olunduğu müddətdə yaradıcı tələbələr və məzunlar üçün onların sahibkarlıq haqqında biliklərini, biznes bacarıqlarını və İngilis dili biliyini inkişaf etdirmək üçün təlimlər, vebinarlar, müsabiqələr, danışıq klubları təşkil olunur və bir sıra digər elektron resurslar təqdim olunur.

    Bakı  Musiqi Akademiyasında layihənin koordinatorları Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova və Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyevadır.

    Yeni istifadəyə verilmiş veb-saytda Creative

     

    Spark proqramı, tərəfdaşlar, təlimlərdə uğurla iştirak etmiş tələbələr və layihə çərçivəsində görülən bütün işlər haqqında məlumat öz əksini tapıb.

    Qeyd edək ki, veb-saytın yaradılmasının məqsədlərindən biri də layihədə uğurla iştirak etmiş tələbələr üçün freelancer-lik fəaliyyəti ilə bağlı imkanları genişləndirməkdir.