13 iyul 2021-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının“Mezzo” elmi publisistik informasiya jurnalınin 28-ci sayı çapdan çıxıb
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 28-ci sayı çapdan çıxıb. Baş redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalda, akademiya əməkdaşlarının məqalələri dərc olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Könül Hüseynova, BMA-nın elmi işçiləri Fidan Nəsirova, Könül Əhmədova, Nigar Bayramova, BMA-nın əməkdaşları Röya Hüseynova, Mənsurə Quliyeva, Fidan Hüseynova, BMA-nın dokorantı Məryəm Yusifova, tələbə Özləm Əliyevanın qələmindən çıxan və 2021-ci ilin aprel-iyun aylarını əhatə edən ölkənin ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda işıqlandırılmışdır. Ənənəyə sadiq olaraq jurnalda təhsil, tədbirlər, festivallar, nailiyyətlər və yeni layihələr haqqında xəbərlər dərc olunmuşdur.
Oxucular jurnalı vərəqləyərkən önəmli tədbirlər silsiləsindən, Xarıbülbül musiqi festivalı, BMA-nın həyata keçirdiyi Nizami-Romans Respublika müsabiqə festivalı, beynəlxalq və respublika konfransları, BMA-nın 100 illiyi ilə əlaqədar Estoniya və Sankt Peterburq Konservatoriyaları ilə ortaq layihələr, Nizami Gəncəviyə həsr olunmuş tədbirlər, yubileylər, maariflənidirici online seminarlar, beynəlxalq layihələr, Vətən müharibəsinin iştirakçıları ilə görüşlər, “Xarıbülbül” və “Əbədilik” musiqi albomları, tələbələrimizin uğurları və bir çox xəbərlər haqqında ətraflı məlumat alacaqlar.
Onu da qeyd edək ki, jurnalın üz səhifəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
Jurnalı elektron olaraq link vasitəsilə https://issuu.com/vugarhumbatov/docs/mezzo_n28 oxumaq mümkündür.