• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyul  2021-ci il

    2 iyul 2021-ci il tarixində EURASİA (Artistic Research Knowledge Network Eurasia) layihəsi çərçivəsində koordinatorların görüşü keçirilmişdir.

    Layihə Norveç (Qriq Akademiyası), Azərbaycan (Bakı Musiqi Akademiyası), Gürcüstan (Tbilisi Dövlət Konservatoriyası) və Qazaxstan (Qazax Milli Konservatoriyası) arasında 2017-ci ildən etibarən icra olunur.

    Covid-19 pandemiyası səbəbindən 2020-ci ildə layihə çərçivəsində nəzərdə tutulan səfərlər və tədbirlər təxirə salınmış və layihənin icra olunma müddəti 1 il daha uzadılmışdır.

    Keçirilən görüşdə layihədə nəzərdə tutulan tədbirlərin mövcud şəraitə uyğunlaşdırılaraq həyata keçirilməsi üçün müzakirələr aparılmışdır.

    Bakı Musiqi Akademiyasını sözügedən görüşdə Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova və layihələr üzrə koordinator Zülfiyyə Şəfiyeva təmsil etmişdir.