5 iyul 2021-ci il
5 iyul 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil edilmiş İngilis dili klubunu müvəffəqiyyətlə bitirmiş tələbələrə sertifikatlar təqdim edilmişdir.
Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin tələbələri Nəzrin Babayeva, Mədinə Hüseynova, Nüşabə Hacıyeva və Elnurə Sadıqova, "İfaçılıq" fakültəsinin tələbələri Günel İsmayılova, Osman Mustafazadə, Sübhan Rüstəmov və Kamran Talıblı, "Tarix-nəzəriyyə" fakültəsinin tələbələri Gülər Babayeva və Müjgan Məmmədli dərslərdə aktiv iştirak etmiş və kursu uğurla keçmişlər.
Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova tələbələri təbrik etmiş və onlara uğurlar arzulamışdır. Britaniya Şurasının İngilis dili və təhsil üzrə meneceri Nərgiz Hüseynova Creative Spark proqramının tələbələrin inkişafı üçün yaratdığı imkanları və İngilis dili biliklərinin təkmilləşdirilməsi üçün İngilis dili klubunun əhəmiyyətini qeyd etmiş və onları təbrik etmişdir. İngilis dilini BMA tələbələri üçün tədris etmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin
müdiri, AZMİU-da Creative Spark proqramının meneceri Türkan Əliyeva da tələbələrə müvəffəqiyyətlər arzu etmişdir.
Qeyd edək ki, 2020/21-ci tədris ilində Bakı Musiqi Akademiyasında İngilis Dili Klubu British Council tərəfindən elan olunan Creative Spark proqramı çərçivəsində təşkil olunmuşdur.
Bakı Musiqi Akademiyasında Creative Spark Proqramının koordinatoru BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə koordinatoru Zülfiyyə Şəfiyevadır.