23 iyun 2021-ci il
23.06.2021-ci il tarixində “Microsoft Teams” programı vasitəsilə, online formatda “Maestoso” tələbə klubu və Ü.Hacıbəyli adına BMA-nın “Humanitar elmlər” kafedrasının baş müəllimi Xavər Səfərova “Azərbaycanın bütövlüyü naminə canından keçən vətən övladları” mövzusu ətrafiında mühazirə səsləndirdi.
““Yaşat” fondun fəaliyyət istiqamətlərindən danışarkən Xavər xanım qeyd etdi ki, 1 331 şəhid ailəsi üzvü, 1 605 yaralı və 6 itkin ailəsi üzvünün məişət şəraiti yaxşılaşdırılıb, 33 şəhid ailəsi üzvü və 2 yaralının təhsili nəzarətə götürülüb, bundan başqa, 493 şəhid ailəsi üzvü, 426 yaralı və 4 itkin ailəsi üzvünün istehlak kreditləri ödənilib, eləcə də 621 şəhid ailəsi üzvü və 176 yaralının tibbi ehtiyacları qarşılanıb. Həmçinin, yeni doğulmuş 59 şəhid övladının zəruri tibbi xərcləri qarşılanıb, hər bir uşağın adına bank hesabı açılaraq 5.000 manat depozit qoyulub. Bundan başqa, 63 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 7–si sağalaraq geri qayıdıb. "YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edildiyindən söhbət açaraq, dünyanın bir çox ölkələrində müharibə və can savaşı olduğunu, lakin heç bir ölkədə vətəninin igid oğullarına belə qayğı və isti münasbət göstərilmədiyini qeyd etdi.
Tədbirin gedişatında Xavər xanım tələbələrin suallarını cavablandıraraq, onlara vətən torpağının dəyərini bilməyə və torpaqı göz bəbəyi kimi qorumaqa səslədi.
Sonda “Humanitar elmlər” kafedrasının baş müəllimi Xavər Səfərova “Azərbaycan sarsılmazdır!! Qarabağ Azərbaycandır!” şüarı altında öz çıxışını tamamladı.