• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 may 2021-ci il

    Rauf Bəhmənlinin “Azərbaycan gəlin havalari” toplusu işiq üzü gördü

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi; Orqanaloqiya və akustika” laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin yeni “Azərbaycan gəlin havaları” adlı toplusu işıq üzü gördü.

    Azərbaycan rəqs janrının əsas qollarından birini “mərasim rəqsləri” təşkil edir. Təsnifatın bu qrupuna xalqın kütləvi şəkildə keçirdiyi bayramlar, el şənlikləri, müxtəlif meydan tamaşaları və əy­lən­cə­li ta­ma­şa­lar da­xil­dir. Qədim mə­ra­sim­lər­imizdən bi­ri də − toy­dur. Azər­bay­can toy adət­lə­ri çox zən­gin və sis­tem­li şə­kil­də hə­ya­ta ke­çi­ri­lən çe­şid­li mə­ra­sim­lər­dən (qız bə­yən­mə, el­çi­lik, ni­şan, pal­tar­biç­di, xı­na­yax­dı, qız to­yu, gə­lin apar­ma və s.) iba­rət­dir.Əsr­lər bo­yu bu mə­ra­sim­lər­lə bağ­lı xalq tə­rə­fin­dən gü­nü­mü­zə ki­mi çox say­da oyun ha­va­la­rı ya­ra­dıl­mış­dır. On­lar­dan bi­ri də toy mə­ra­sim­lə­ri­nin ta­cı sa­yı­lan, xü­su­si­lə gə­lin kö­çür­mə­yə həsr olun­muş “Gə­lin ha­va­sı” rəq­si­dir.

    Bu gün “Vağ­za­lı” rəqs me­lo­di­ya­sı ilə əvəz olun­muş qə­dim “Gə­lin ha­va­sı”nın döv­rü­mü­zə­dək gə­lib çat­ma­sı, ta­rix bo­yu bü­tün çə­tin­lik­lə­ri, ma­neə­lə­ri dəf edə­rək xal­qın ha­fi­zə­sin­də ya­şa­ma­sı onun adət-ənə­nə­miz­də, mil­li mu­si­qi­miz­də nə qə­dər əhə­miy­yət­li me­lo­di­ya ol­du­ğun­dan xə­bər ve­rir.

    Təqdim edilən  top­lu­nun ər­sə­yə gəl­mə­si haq­qın­da bil­dir­mə­liyik ki, 1983-cü il­dən baş­la­ya­raq xalq rəqs­lə­ri­mi­zin top­lan­ma­sı, öy­rə­nil­mə­si və not­laş­dı­rıl­ma­sı ilə məş­ğul olan təd­qi­qat­çı-alim Ra­uf Bəh­mən­li Azər­bay­ca­nın böl­gə­lə­ri­ni qa­rış-qa­rış gə­zə­rək, qo­ca­man mu­si­qi­çi­lə­rin, us­tad sə­nət­çi­lə­rin ifa­sın­dan bu gü­nə ki­mi 450-dən çox oyun ha­va­sı­nı əl­də et­miş­dir,toplamışdır.Bu təd­qi­qat­lar sa­yə­sin­də qə­dim ta­ri­xə ma­lik olan 200-dən çox, ar­tıq unu­dul­muş, yad­daş­lar­dan si­lin­miş rəqs me­lo­di­ya­la­rı no­ta ya­zı­la­raq ye­ni­dən hə­ya­ta və­si­qə al­mış­dır. Be­lə rəqs­lər­dən bi­ri də “Gə­lin ha­va­sı”dır.

    Mü­əl­lif əsr­lər bo­yu Azər­bay­ca­nın müx­tə­lif böl­gə­lə­rin­də ya­ran­mış on “Gə­lin ha­va­sı”nın not ya­zı­sı­nı top­lu­ya da­xil et­miş, bu rəq­slərin eti­mo­lo­gi­ya­sı, in­ki­şaf ta­ri­xi, xa­rak­te­ri, oyun qay­da­sı, rit­mik mə­ziy­yət­lə­ri və s. haq­qın­da ge­niş mə­lu­mat açıq­la­mış­dır.

    Top­lu­da gös­tə­ri­lən fakt­la­ra əsa­sən mə­lum olur ki, ay­rı-ay­rı böl­gə­lə­rə aid və müx­tə­lif me­lo­dik məz­mu­na ma­lik olan bu rəqs­lər ar­tıq ifa edil­mir, on­la­rın ye­ri­nə müa­sir üs­lub­da işlənilmiş  “Vağ­za­lı” ha­va­sı səs­lən­di­ri­lir. Məhz, bu sə­bəb­dən gə­lin ha­va­la­rı unu­dul­muş­dur. La­kin qeyd et­mə­li­yik ki, qə­dim ta­ri­xi əks et­di­rən, o dövr ha­di­sə­lə­ri­ni, in­san­la­rın da­xi­li emo­si­ya­la­rı­nı mu­si­qi di­li ilə təs­vir edən hər bir “Gə­lin ha­va­sı” zən­gin folk­lor mu­si­qi­mi­zin qiy­mət­li in­ci­lə­ri­dir.

    Nə­ti­cə ola­raq qeyd et­mə­li­yik ki, bu toplu R.Bəhmənlinin, toy mə­ra­sim­lə­ri­mi­zin bə­zə­yi sa­yı­lan “Gə­lin ha­va­la­rı”nın top­lan­ma­sı və öy­rə­nil­mə­si ilə bağlı apardığı  dəyərli tədqiqatlar bəhrəsidir.Bu araşdırmalar bun­dan son­ra da da­vam et­di­ril­mə­lidir.Çünki, unu­dul­muş, ha­fi­zə­lər­dən si­lin­miş di­gər gə­lin ha­va­la­rı­nın əl­də olun­ma­sı, not­laş­dı­rı­la­raq gə­lə­cək nəs­lə ötü­rül­mə­si bu gün ən əhə­miy­yət­li və ak­tu­al mə­sə­lə­lər­dən­dir.

                                                                

        Elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, doktorant  

    Əfəndiyev Ayxan