25 may 2021-ci il
Bakı şəhəri, Nəsimi Rayonu Yeni Azərbaycan Partiyası və Bakı Musiqi Akademiyasının birgə layihəsi.
5-05-2021 ci ildə 28 may Respublika günü münasibətiylə Bakı Musiqi Akademiyasının 2 ci Qarabağ müharibəsində istirak eden məzun və tələbələri ilə Zoom proqramında görüs keçirildi.
Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı.Daha sonra BMA –nın məzunu Qazı bestıkar Vüqar Məmmədzadənin yazdığı marş səsləndirildi. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin gənclərə öz ürək sözlərini ifadə edən video rolik təqdim edildi.
İgid əsgərlərimizə, qailərimizə söz verilərək, onların yaşadıqları çətin döyüşlərin xatirələri və qələbə sevincinin həyəcanları dinlənildi.
Nəsimi Rayonu YAP sədri, Mİllət Vəkili Məlahət İbrahimqızı,
Tədris işləri üzrə prorektor professor, Pedaqoji Elmlər Namizədi, Əməkdar müəllim, Nərminə Quliyeva, Beynəlxalq Əlaqələr və İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor professor, Xalq artisti Yeganə Axundova, Elmi işlər üzrə prorektor professor, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə ,Bakı Musiqi Akademiyasının Həmkarllar İttifaqının sədri Aqil Qafulov çıxış edərək cənab Ali Baş komandan cənab İlham Əliyevin apardığı güclü siyasətin nəticəsində qazanımış zəfərdən və müharibə iştirakçılarının misilsiz sücaətlərindən bəhs etdilər.Vətən müharibəsində iştirak etmiş BMA nın tələbə və məzunlarının simasında bütün igid əsgərlərimizə təşəkkür etdilər, şəhidlərimizin ölməz xatirəsini dərin hüzürlə yad etdilər.
Daha sonra BMA nın Baş Elmi işçisi dossent Sənətşünaslıq namizədi, eyni zamanda, Qazimiz Vüqad Məmmədzadənin anası Maya Qafarova , BMA nın Beynəlxalq Əlaqəlır üzrə şöbənin əməkdaşı, Xarici Tələbələrlə iş üzrə mütəxəsis bəstəkar Röya Hüseynova və tələbələr çıxış edərək əsgərlırimizə öz ürək sözlərini və təşəkkürlərini bildirdilər. Qazi anası Maya Qafarova öz növbəsində diqqət və qayğısına ğörə çıxış edənlərə və tədbirin təşkilatçılarına təşəkkürlərini qeyd etdi.
2ci Qarabağ 44 günlük müharibə iştirakçıları Məmmədzade Vüqar Əbdüləli oğlu,Qarayev Atesh İbrahim oğlu,Əmirli Adil Bəxtiyar oğlu,Bayramov Murad Oqtay, Quluzadə Ezizaga Rövşən oğlu sonda bütün iştirakçılara, onların ünvanlarına deyilən xoş sözlərə, diqqət və qayğıya ğörə bir daha öz minnətdalıqlarını bildirərək belə ğözəl ğörüşlərin onların həyatında çox önəmli olduğunu, mənəvi və fiziki sağlamlıqlarına əvəzolunmaz təsir gücünə səbəb olmasını qeyd etdilər.
Onlar, müstəqil,azad Azərbaycan Respublikasının bütövlüyü və azadlığı uğrunda hər zaman canlarından keçməyə hazır olduqlarını bir daha bildirdilər.
Sonda təşkilatçı Bakı Musiqi Akademiyasının YAP sədri və Həmkarlar İttifaqının sədr müavini Hüseynova Fidan Firdəddin qızı.
Bu tədbirin ərsəyə gəlməsində Nəsimi rayonun YAP sədri ve Millet vəkli Məlahet xanima BMA -nın rektoru Fərhad Bədəlbəyliyə ,Prorektor Nərmine Quliyevaya, Aqil Qafulova və bütün istirakçılara dərin təşəkkürünü bildirdi.