• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 may 2021-ci il

     Britaniya Şurasının elan etdiyi “Creative Spark” proqramı çərçivəsində Böyük Britaniyanın East London Universiteti tərəfindən Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Qazaxstan-Amerika Universitetinin müəllimləri üçün onlayn “Təlimçilər üçün təlim” modulu təşkil edilib.

     5 may 2021-ci il tarixində baş tutan ilk təlim East London Universitetinin əməkdaşı, müəssisə meneceri Rebecca Moodie tərəfindən keçirilib.

    Sahibkarlıq strategiyasının inkişaf etdirilməsi mövzusuna həsr olunmuş görüşdə BMA-nın “Bəstəkarlıq” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova; “Konsertmeyster ustalığı” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Könül Hüseynova; “Musiqi nəzəriyyəsi” kafedrasının Baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina; “Orqan və klavesin” kafedrasının baş müəllimi Səbinə Bəylərbəyova; və Fortepiano fakültəsinin baş müəllimi Zərif Kərimova iştirak ediblər.

    Həmçinin, növbəti həftələrdə Sahibkarlıq tədrisinin inkişafı və Sahibkar tələbələrin dəstəklənməsi mövzularında modullar təşkil ediləcək. 

    Qeyd edək ki, Bakı Musiqi Akademiyasında layihənin koordinatorları Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Zülfiyyə Şəfiyevadır.