6 dekabr 2020-ci il
Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsi tərəfindən COVİD-19 Pandemiyası dövründə keçirilən tədbirlər barədə
Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsi COVİD-19 Pandemiyası ilə əlaqədar ittifaq üzvlərinin sağlamlığının qorunması və yaranmış epidemoloji vəziyyətin mümkün yollarla alınması məqsədilə 2020-ci il dekabr ayından işçi və tələbələr arasında maska, spirt, əlcək və digər gigiyenik ləvazimatlar daxil olan qutuları paylamağa başlamışdır. Bundan başqa aztəminatlı ailələrin ehtiyacını nəzərə alaraq, 100-dən çox işçiyə ərzaq yardımlarının verilməsi nəzərdə tutulmuşdur.