• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 fevral 2020-ci il 

    Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərləmübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq olunmuşdur.  

    Bununla əlaqədar 2020-ci il 28 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın tədris işləri üzrə prorektoru, professorlar Nərminə Quliyeva, Nəzakət Rimazi, Tərlan Quliyev, müəllim Günel Zeynalova  tərəfindən tütünün sağlamlığa mənfi təsiri barədə, tələbələr üçün zərərli vərdişlərdən olan spirtli içkilərə qarşı məlumatlandırıcı görüş həyata keçirilmişdir. 

    Görüşdə çıxış edənlər zəmanəmizin böyük probleminə çevrilən ziyanlı vərdişlərin cəmiyyətdə yaratdığı xəstəliklərdən, törətdiyi ağır fəsadlardan məlumatlar vermişlər. Həmçinin tələbələrə asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmalarını tövsiyə etmişlər.