24 yanvar 2020-ci il
2020-cci il 24 yanvar tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tələbələrlə dövrün aktual xəstəliklərindən olan şəkərli diabet və ona qarşı aparılan profilaktik tədbirlər, xəstəliyin müalicəsi mövzusunda görüş keçirilmişdir.
Görüşdə BMA-nın professorları Nəzmiyyə Abbaszadə, Nəzakət Rimazi, Tərlan Quliyev, dosent Minaxanım İsmayılova şəkərli diabet xəstəliyi haqqında, onunla mübarizə üsulları, xəstəliyin reablitasiyası haqqında müzakirələr aparmış və ziyanverici vərdişlərdən uzaq durmağı, sağlam həyat tərzi keçirmək barəsində tövsiyələr vermişlər.