24 fevral 2020-ci il
2020-ci il 24 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tələbələrlə “Talassemiya” xəstəliyi haqqında maarifləndirici görüş keçirilmişdir.
Görüşdə BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Fortepiano fakültəsinin dekanı, professor Nəzakət Rimazi, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri Tərlan Quliyev tələbələrə xəstəliyin yaranma səbəbləri, ondan qorunma üsulları haqqında məlumat vermişlər.