2 noyabr 2020-ci il
Tarix sübut etmişdir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.
İndiki zamanda qədim torpaqlarımız uğrunda vətən oğullarının qəhrəmani cəsarəti artıq dünyaya ün salmışdır. Məhz bu baxımdan, ön cəbhədə vuruşan mərd əsgərlərimizə dayaq olaraq, arxa cəbhədə təqdirə layiq işlər görməklə, elm, mədəniyyət və Şücaət dağlarının zirvəsi olan Qarabağ torpağının yetişdirdiyi, milli mədəniyyətimizin görkəmli musiqi xadimlərindən danışmaq bocumuzdur.
Beləliklə, Bakı Musiqi Akademiyası yeni layihə elan edir!
Layihə “Qarabağın görkəmli musiqi xadimləri” mövzusuna həsr olunmuşdur. Ölkəmizin ali təhsil müəssisələrində təhsil alan, özünə güvənən, hər bir tələbə layihədə iştirak etməyə dəvət olunur.
Musiqi nəzəriyyəçisi Mir Möhsün Nəvvab
Bəstəkar Üzeyir Hacıbəyli, Əfrasiyab Bədələbəyli, Zülfiqar Hacıbəyov, Əşrəf Abbasov, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, İsmayıl Hacıbəyov, Süleyman Ələsgərov, Zülfi Adıgözəlov, Vasif Adıgözəlov, Polad Bübüloğlu.
İfaçılar Xarrat Qulu, Sadıqcan, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Əbdülbağı Zülalov, Seyid Şuşinski, Xan Şuşinski, Murtuza Muxtarov- Bülbül, İslam Abdullayev, Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Rəşid Behbudov, Ramiz Quliyev, Fərhad Bədəlbəyli, Yalçın Adıgözəlov, Murad Adıgözəlov, Eyyub Quliyev.
Layihədə seçilən ən yaxşı işlər Bakı Musiqi Akademiyasının saytında yerləşdiriləcəkdir.
ŞƏRTLƏR:
- Yazı işi A4 vərəqdə Times new roman – 14 şriftində, 1,5 intervalında çap olunmalıdır.
- Tələbənin adı, soyadı, Təhsil aldığı Ali təhsil müəssisəsi, ixtisası, kursu yazı işinin üz vərəqində ayrıca qeyd olunmalıdır.
- Yazı işinin həcmi 1-2 səhifədən artıq olmamalıdır.
- İstənilən mövzuda 2 və daha artıq tələbə birgə əmək sərgiləyə bilər.
- Yazı işinin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı qeyd olunmalıdır.
Məsul şəxs: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Tarix-nəzəriyyə” fakültəsinin tyutoru Quliyeva Mənsurə.
Hazırlanmış işlərin göndəriləcəyi ünvan: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.