• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 iyun 2020-ci il

    Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2020-ci il 6 iyun tarixində verilən № F-277 əmrinə əsasən 2020-ci il 8 iyundan etibarən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr və magistratura pillələri üzrə 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına  start verilib və 5 həftə müddətində keçiriləcəkdir.

    Covid-19 pandemiyasının qarşısının alınması ilə əlaqədar ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımı şərait yaradılıb.

    Qeyd edək ki, imtahan sessiyası “Fortepiano”, “İfaçılıq”, Tarix-nəzəriyyə” fakültələri üzrə ilk dəfə olaraq, “Microsoft Teams” proqramı üzərindən “online” formada şifahi qaydada təşkil olunub. Tələbələrin də imtahanlarda daha fəal iştirak etmələri üçün güzəştlər tətbiq olunacaqdır.