9 iyun 2020-ci il
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası Çinin Mərkəzi Musiqi Konservatoriyasının həyata keçirdiyi “Birgə Virtual Xor” layihəsinin iştirakçısı olub.
Bakı Musiqi Akademiyasında Beynəlxalq əlaqələr departamentinin koordinasiya etdiyi “Birgə Virtual Xor” layihəsində "Solo oxuma və opera hazırlığı" və "Dirijorluq" kafedrasının tələbələri, "Lumineux" - vokal xor ansamblı və ansamblın rəhbəri, Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının baş muəllimi Naala Baratelia iştirak ediblər.
COVİD-19 pandemiyası bütün bəşəriyyət üçün qlobal problemdir. Bu gərgin zamanlarda ön cəbhədə mübarizə apararaq bizləri qoruyan tibb işçilərinə və bu xəstəlikdən əziyyət çəkən insanlara dərin hörmət və dəstək göstərmək üçün Çinin Mərkəzi Konservatoriyasının rəhbərliyi ilə virtual xor layihəsi həyata keçirilib və konservatoriyanın professoru LiXiaoBing-in bu məqsədlə bəstələdiyi “We” (“Biz”) əsərini fərqli ölkələrdən musiqiçilər ifa ediblər. Layihədə dünyanın 20 ölkəsini təmsil edən 212 tanınmış musiqiçi, 21 ölkədə fəaliyyət göstərən 27 konservatoriyadan 302 professor və tələbə iştirak edib.
“Birgə Virtual Xor” layihəsi fərqli ölkələrdən musiqiçiləri bir araya gətirməklə bir daha birlik və inamlı olmaqla, pandemiyaya ancaq birlikdə mübarizə apararaq qalib gələ biləcəyimizi vurğulayır.
https://m.youtube.com/watch?v=4pnSwUoXGxA