• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 may 2020-ci il

    28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasından 102 il ötür.

    Bu münasibətlə dünyanın müxtəlif ölkələrindən olan orqan ifaçıları maraqlı bir layihə ətrafında toplaşaraq, Azərbaycan Dölət Himnini ifa etmişlər.

    Musiqisi görkəmli bəstəkarımız Üzeyir Hacıbəyliyə, orqan aləti üçün transkripsiyası isə professor, Əməkdar incəsənət xadimi Tahirə Yaqubovaya məxsus olan milli himnimizin səsləndirildiyi layihədə iştirak ediblər – Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz Cəmilə Cavadova-Spitzberg və Erik Jan Eradus (Niderland), Luca Massaglia (İtaliya), Emma Whitten (ABŞ), Damin Spritzer (ABŞ), Hans Davidsson (İsveçrə), Kalle Toivio (Finlandiya), Herman Cordan (Cənubi Afrika), Dong-ill Shin (Cənubi Koreya), Pascal Marsault (Fransa), lan Chapoy (montaj), Beth Swanson Henkel və AL (səsyazma), Jon Liinason (səsyazma).  

     

    https://www.facebook.com/590260700/posts/10159317688665701/?sfnsn=mo&d=n&vh=i