11 may 2020-ci il
“Koronavirus” pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bütün ixtisaslar üzrə “online” və videodərslər “Microsoft Teams” proqramı vasitəsilə həyata keçirilir.
Online tədris prosesi zamanı seminarlar təşkil olunaraq, tələbələrin bilik qiymətləndirilməsi aparılır.
Distant şəkildə keçirilən dərslər, seminarlar, kollekviumlar barəsində ali təhsil müəssisəsinə hesabat verilir və bütün məlumatlar akademiyanın rəsmi “Youtube” kanalı, “Facebook” və “İnstagram” səhifələrində yerləşdirilir.
Qeyd edək ki, distant tədris prosesi ilə yanaşı, eyni zamanda Bakı Musiqi Akademiyasının müəllim heyəti və tələbələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Mədəniyyət kanalının birgə təşkil etdiyi bütün layihələrə qoşularaq, “online” konsertlərdə çıxış edir, #evdəqal şüarı altında mədəniyyətimizin təbliğində fəal iştirak edirlər.