4 - 7 may 2020-ci il
Britaniya Şurasının elan etdiyi “Creative Spark” layihəsi çərçivəsində Böyük Britaniyanın East London Universiteti tərəfindən növbəti təlimlər Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Qazaxstan-Amerika Universitetinin tələbələri üçün onlayn formada keçirilib.
Bakı Musiqi Akademiyasında layihənin koordinatorları Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Yeganə Axundova və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Zülfiyyə Şəfiyevadır.
4 - 7 may 2020-ci il tarixində East London Universitetinin mütəxəssisləri yaradıcı biznes ideyaları olan tələbələr üçün biznes canvas modelinin, marketing metodlarının öyrənilməsi və layihələrdə uğurlu şəkildə tətbiq edilməsi istiqamətində Microsoft Teams platforması vasitəsilə online sessiyalar təşkil edib. East London Universitetinin professorları tərəfindən seçilən BMA-nın İfaçılıq fakültəsinin tələbələri Ülkər Qüdrətli, Fərid Əli, Xəyalə Cavadvend, Məmməd Mahmudzadə və Fortepiano fakültəsinin tələbələri Mədinə Hüseynova, Vüsalə Babayeva, Zəhra Cahan Şixəliyeva, Fidan Yunus onlayn təlimlərə qoşulublar.
Təlimin son günündə isə tələbələr ideyalarını prezentasiyalar formasında East London Universitetinin mütəxəssislərinə təqdim ediblər.