28 aprel 2020-ci il
Covid-19 pandemiyası qısa müddətdə 200-dən çox dünya ölkəsini öz cənginə almış və kütləvi insan ölümünə səbəb olmuşdur.
Pandemiyanın tüğyan etdiyi bütün dövlətlərdə olduğu kimi ölkəmizdə də aztəmintlı ailələr, yaşlı insanlar dövlətin xüsusi nəzarətindədir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Azərbaycan vətəndaşlarına dəstək olmaq məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində “Dəyər ver” koronavirusla mübarizəyə dəstək cəmiyyəti ilə birgə BMA-nın aztəminatlı işçiləri üçün yardım proqramı həyata keçirib. Cari və ötən həftələrdə bu çətin zamanda BMA-nın bir qrup işçi heyəti yardıma ehtiyacı olan 76 həmkarına xeyriyyə məqsədilə “Dəstək qutusu” ilə yardım etmişdir.