Mart 2020-ci il
Koronavirus xəstəliyinin (COVİD-19) dünyanın 90-dan artıq ölkəsində yayıldığını və Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlərin davam etdirildiyini nəzərə alaraq, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da dezinfeksiya işləri görülmüşdür.
Qeyd edək ki, 2020-ci il mart ayında Azərbaycanda təşkil olunması nəzərdə tutulan beynəlxalq miqyaslı tədbirlərin (Xüsusilə də koronavirus xəstəliyinin geniş yayıldığı ölkələrdən iştirakçılar nəzərdə tutlduğu halda) və dərslərin təxirə salınması ilə əlaqədar Bakı Musiqi Akademiyasında fərdi və qrup dərsləri “online” rejimdə davam etdiriləcəkdir.