• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 fevral 2020-ci il

    Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” elmi publisistik informasiya jurnalının 24-cü sayı çapdan çıxıb.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 24-cü sayı çapdan çıxıb. Baş redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalda, akademiyanın müəllim və tələbələrinin məqalələri dərc olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Həbibə Məmmədova, Nərgiz Hüseynova, Turan Məmmədəliyeva, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli, BMA-nın əməkdaşları Röya Hüseynova, Ofeliya İsgəndərova, Könül Əhmədova, İlahə İsrafilovanın qələmindən çıxan və 2019-cu ilin noyabr-dekabr aylarını əhatə edən ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda işıqlandırılmışdır. Ənənəyə sadiq olaraq jurnalda təhsil, incəsənət, tədbirlər, nailiyyətlər, qonaqlar, ustad dərsləri, festivallar və yeni layihələr haqqında xəbərlər dərc olunmuşdur.
    Jurnalı vərəqləyərkən önəmli tədbirlər silsiləsindən, I Orqan festivalı, Dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş anım tədbirləri, LoLa proyekti, Respublika və beynəlxlaq konfranslar, Azərbaycan Vokalçıları Festivalı, Cəfər Cabbarlı 120, Əminə Dilbazi 100, Rafiq Quliyev 85, Yalçın Adıgözəlov 60 və s. görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı məqalə və tədbirlər həmçinin Məhəmməd Əmin Rəsuzadənin 100 illik tarının bərpası ilə bağlı təqdimat-seminar, Vaqif Mustafazadəyə və Arif Məlikova həsr olunmuş anım tədbirləri, Azərbaycan - Çili beynəlxalq seminarı, хarici qonaqların BMA-ya səfərindən, müəllim və tələbələrimizin uğurlarından, yeni layihələrdən və BMA-nın nailiyyətlərini əks etdirən başqa yazılardan xəbərdar olacaqlar. Onu da qeyd edək ki, jurnalın üz səhifəsi Bakı Musiqi Akademiyasındakı Orqanın 55 illiyinə həsr olunub.
    Jurnalı elektron olaraq link vasitəsilə https://issuu.com/vugarhumbatov/docs/jurnal_mezzo_2019_dekabr oxumaq mümkündür.