• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 noyabr 2019-cu il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” elmi publisistik informasiya jurnalının 23-cü sayı çapdan çıxıb.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 23-cü sayı çapdan çıxıb. Baş redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalda, akademiyanın müəllim-tələbələrinin məqalələri dərc olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Həbibə Məmmədova, Nərgiz Hüseynova, BMA-nın müəllimi Gülmira Qəhrəmanlı, BMA-nın əməkdaşları Röya Hüseynova, Ofeliya İsgəndərova və akademiyanın magistrı Aygün Qəhrəmanova və doktorantı Gültəkin Qasımlının qələmindən çıxan və 2019-cu ilin iyul-avqust-sentyabr-oktyabr aylarını əhatə edən ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr işıqlandırılmışdır. Ənənəyə sadiq olaraq jurnalda incəsənət, təhsil, layihələr, tədbirlər, nailiyyətlər haqqında yeni xəbərlər dərc olunmuşdur.
    Oxucular jurnalı vərəqləyərkən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutmuş önəmli tədbirlər silsiləsindən, хarici qonaqların BMA-ya səfərindən, Qəbələ və Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivallarından, beynəlxalq layihə və konfranslardan, ustad dərslərindən, təqdimatlardan, musiqi xadimləri və professorların yaradıcılıq fəaliyyətindən, müəllim və tələbələrimizin uğurlarından, yeni layihələrdən və BMA-nın nailiyyətlərini əks etdirən başqa yazılardan xəbərdar olacaqlar. Onu da qeyd edək ki, jurnalın üz səhifəsi görkəmli bəstəkarımız İsmayıl Hacıbəyova həsr olunub.
    Jurnalı elektron olaraq link vasitəsilə https://issuu.com/vugarhumbatov/docs/jurnal_mezzo_oktyabr_2019 oxumaq mümkündür.