• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 oktyabr 2019-cu il

    2017-ci il 20 noyabr tarixində Özbəkistan Dövlət Konservatoriyası və Bakı Musiqi Akademiyası arasında ikitərəfli konsertlər, konfranslar və mübadilə proqramları keçirilməsi üçün əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

    2019-cu il 28 oktyabr tarixində Özbəkistən Dövlət Konservatoriyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Sayora Qafurova, “Bəstəkarlıq və alətşünaslıq” kafedrasının müdiri, professor Oydin Abdullayeva Bakı Musiqi Akademiyasının qonağı olaraq, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli və beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Yeganə Axundova, “Bəstəkarlıq” kafedrasının müdiri, professor Aydın Əzimov ilə görüşmüşdür. Görüşdə bu təhsil ili çərçivəsində nəzərdə tutulan tədbirlər müzakirə olunmuş, iki kafedra arası birgəlik fəaliyyəti, yeni layihələrin yaranması ilə əlaqədar razılıq müqaviləsi imzalanmışdır. Sonra isə “Bəstəkarlıq” fakültəsinə BMA-sı tərəfindən nəşr olunmuş kitablar təqdim olundu.