• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 oktyabr 2019-cu il

    2019-cu il 24 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Heydər Əliyev fondunun “Regional inkişaf” İctimai Birliyi cəmiyyətinin sosial inkişafı üzrə dövlət proqramlarına və beynəlxalq sənədlərə, o cümlədən BMT-nin Dayaqlı İnkişaf Məqsədlərinə uyğun olaraq elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində təqdimat keçirildi.


    Təqdimatın açılışını BMA-nın “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, professor Yeganə Axundova etdi.
    Sabah qrupunun və “Sosial layihələr” müsabiqəsinin rəhbəri olan Şahin Seyidzadə və digər nümayəndələr layihənin mövzuları, sosial problemlər barədə geniş məlumatla çıxış etdilər.
    Qeyd edək ki, Qara Qarayev adına konfrans zalında baş tutan təqdimatda müsabiqənin məqsədi, əhatə etdiyi mövzular, iştirak şərtləri, müraciət qaydaları və s. barədə tələbələrə məlumat verildi.