• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 iyul 2019-cu il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının №22 sayı 2019-cu il buraxılışı çapdan çıxdı.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 2019-cu ilin aprel-may-iyun buraxılışı, № 22-ci sayı oxucularının diqqətinə təqdim edilib. Ənənəvi olaraq bu sayda da bir-birindən maraqlı məqalələr, xəbərlər öz əksini tapmışdır. Baş redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalın bu sayında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru,  Musiqişünas Turan Məmmədəliyeva, BMA-nın İnformasiya texnologiyaları mütəxəssisi Röya Hüseynova, BMA-nın məzunu, Musiqişünas Aygün Qəhrəmanovanın qələmindən çıxan məqalələr yer almışdır.

     “Mezzo” jurnalının bu sayında Bakı Musiqi Akademiyasında keçirilən konsertlər, tədbirlər, layihələr, konfranslar, ustad dərsləri öz əksini tapmışdır. Ümümumilli lider Heydər Əliyevin anadan olmasının 96- cı ildönümünə həsr olunmuş tədbir, “Nəsimi İli" çərçivəsində bəstəkarlar arasında “Nəsimi Romans" respublika  müsabiqə-festivalı, Soltan Hacıbəyovun 100, İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş gənc musiqiçilərin respublika festivalı, Məzun günü, VIII İslam dünyası klassik musiqi ifaçılarının beynəlxlaq müsabiqəsi, I beynəlxalq caz festivalı və elmi-yaradıcılıq konfransı, Estoniyada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş konsert, müəllim və tələbələrimizin uğurları, bir çox yerli və beynəlxalq layihələr, BMA-nın qonaqları, görkəmli bəstəkar və ifaçılarımızın yubiley gecələri, ustad dərsləri, tələbə və məzunlarımızın konsertləri, xəbərlər bölməsi və bir çox məqalələr yer almışdır.
    Hər buraxılışında musiqisevərləri öz ətrafına cəmləyən jurnalın bu sayında da, məzmun etibarilə mühüm məqalələr öz oxucularına təqdim olunub. Jurnalı həmçinin elektron olaraq https://issuu.com/vugarhumbatov səhifəsindən oxumaq mümkündür.

     https://issuu.com/vugarhumbatov/docs/mezzo__22