28 fevral 2019-cu il
28 fevral 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “İnsan və Mühit” İctimai Birliyinin ilk incəsənət layihəsi keçirilib.
Respublika və Beynəlxalq müsabiqələr laureatlarının: Ülviyyə Kazımova, Gülnarə Kərimova, Emil Əhmədzadə, Nəriman Əmiraslanov, Alp Əliyev, Fəqan Həsənli, Mahir Tağızadə, Ceyhun Əzizov, Fatimə Əliyeva, Aytən İbrahimova, Süleyman Eyyubov və BMA-nın “Lumineux”ansamblının (Bədii rəhbər-Naala Barateliya) iştirakı ilə azərbaycan və avropa bəstəkarlarının əsərləri səslənib.
Təqdim olunan layihə bütün dinləyicilər tərəfindən rəğbət hissi ilə qarşılanıb. Konsert gur alqışlar ilə sona çatıb.