5 dekabr 2018-ci il
Azərbaycan Respublikasının Prezidenti cənam İlham Əliyev 2017-ci il oktyabr ayında Azərbaycan mədəniyyətinin dahi nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar sərəncam imzalamışdır.
Bunu diqqətə alaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin birgə səyi ilə bir sıra musiqi, o cümlədən №1, 8, 46, 23 saylı orta ümümtəhsil məktəblərində konsert və mühazirələrin keçirilməsi nəzərdə tutulmuşdur. Keçiriləcək layihənin əsas məqsəd və vəzifəsi görkəmli bəstəkar Qara Qarayevin həyat və yaradıcılığının, musiqi irsinin, incəsənətimizin inkişafında oynadığı əvəzsiz xidmətlərinin gənclərə aşılanması və məlumatlandırılmasından ibarət olacaqdır.
Bu layihə çərcivəsində ilk tədbir 29 may 2018-ci il tarixində Georgi Şaroyev adına 35№-li 11 illik musiqi məktəbində təşkil olunmuşdur. 2018-ci ilin dekabrın 5-də isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin birgə təşkilatçılığı ilə növbəti tədbir K. A. Kərimov adına №8 tam orta ümumtəhsil məktəbində hazırlanmışdır. Tədbirdə “Musiqi nəzəriyyəsi” kafedrasının müllimi, dosent Elmira Pənahovanın rəhbərliyi altında “musiqişünaslıq” ixtisasının II kurs (Babayeva Gülər, Əsədova Ləman, Səfərli Elvira, Tağıyeva Səbinə) və III kurs tələbələri (Qasımova Aytac, Quliyeva Nəzrin) görkəmli bəstəkar Qara Qarayev yaradıcılığına həsr olunmuş müxtəlif mövzularda məruzələr hazırlamışdırlar. Tədbirin ən maraqlı məqamlarından biri də Qara Qarayevin şəkillərinin və bir sıra fortepiano, vokal əsərlərinin, balet musiqisindən parçalarının video slayd şəklində səsləndirilməsi olmuşdur.
Tədbir №8 tam orta ümumtəhsil məktəbinin müəllim və tələbə heyəti tərəfindən maraqla dinlənildi. Tədbirdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar xanım Mahmudova da yaxından iştirak etmişdir.