• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 noyabr 2018-ci il

    Noyabrın 16-sı 2018-ci il tarixində MƏDƏNİ ƏLAQƏLƏRİN İNKİŞAFINA DƏSTƏK" İctimai birliyi və AZƏRBAYCAN DÖVLƏT AKADEMİK FİLARMONİYASININ GƏNCLƏRƏ DƏSTƏK LAYİHƏSİNİN təşkilatçılığı ilə "Şanlı Tarix" adlı KONSERT proqrami baş tutub.

    Tədbir Milli Dirçəliş gününə həsr olunub.
    Konsertdə giriş sözü ilə "Mədəni Əlaqələrin İnkişafına Dəstək" ictimai birliyinin Sədri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı İlahə Qismət və Azərbaycan Akademik Dövlət Filarmoniyasının "Gənclərə dəstək" layihəsinin Koordinatoru Ayla Zəkəriyyə çıxış edərək təşkilatın və layihənin fəaliyyətlərindən söz açıblar.
    Nəzərə çatdıraq ki, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qərarı ilə 2017-ci ilin II yarısından etibarən fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda incəsənətin bütün sahələri ilə bağlı tədbirlər planı həyata keçirmək, milli-mədəni dəyərlərimizi beynəlxalq arenada təbliğ etmək, mədəni əlaqələrin eləcə də milli mədəniyyətin və incəsənətin inkişafına dəstək olmaqdır. Sözügedən qurum eyni zamanda digər dövlətlərdə yaşayan azərbaycanlı incəsənət xadimlərini dəstəkləyərək, istedadlı gənclərin tanınması və irəli addımlaması üçün də geniş imkanlar yaradır, yeni layihələr həyata keçirir.
    Bununla əlaqədar olaraq təşkilatın həyata keçirtdiyi növbəti konserti Azərbaycan Dövlət Akademik Filarmoniyası ilə birgə baş tutmuş və sözün əsl mənasında gənclərə dəstək olmaq - gənc bəstəkarların və gənc ifaçıların öz bacarıqlarını sərgiləməsinə yardımçı olmuşdur. Belə ki, konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və məzunları - gənc bəstəkarlar - İlahə Qismət, Aysel Hacıyeva, Röya Hüseynova, Vəfa Bağırzadə, Sevinc Əliyeva, Nicat Əhmədzadə, Sevinc Balabəyova, Tofiq Rzayev, Üzeyir Məmmədov ifaçılar qismində isə Mətanət Nurullayeva (piano), Kamilla İmanova (vokal), Nərgiz Kəngərli (piano), Natəvan Həsənova (qanun), Günay Məmmədova (vokal), İsmət Sabirli (vokal) çıxış ediblər. Musiqi proqramında Azərbaycan və Avropa bəstəkarlarının klassik nümunələri ilə yanaşı gənc bəstəkarların əsərləri (İlahə Qismət - tar üçün "Çahargah Skertsosu", Aysel Hacıyeva "Mavi gözlüm" romansı, Röya Hüseynova - "Ulu öndər nişanəsi", Sevinc Əliyeva - "Dəniz romansı", Nicat Əhmədzadə -tar və f-no üçün poema "Dirçəliş", Sevinc Balabəyova - Simli kvartet, Vəfa Bağırzadə - "Dünyaya çıx gülə-gülə", "Sevda nəğməsi" romansları, Tofiq Rzayev -f-no üçün 2 pyes) olduqca maraqla qarşılanıb.

    Konsertin sonunda iştirakçılar hər iki qurum tərəfindən DİPLOMLARLA MÜKAFATLANDIRILMIŞLAR!