• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 noyabr 2018-ci il

    Noyabrın 12-si 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının foyesində Baku Chamber Orchestra “Gənclər Kamera Orkestri”nin (dirijor: Əməkdar artist Fuad İbrahimov) iştirakı ilə “Musiqili fasilə” layihəsi baş tutub.

    Ənənəyə uyğun olaraq hər il keçirilən bu layihədə əsas məqsəd tələbələrin asudə vaxtlarında klassik musiqi nümunələrini qısa zaman ərzində,  zalda əyləşmədən dinləyə bilməsidir. Layihədə on beş dəqiqəlik musiqi proqramına uyğun olaraq  Vivaldi “La Follia”, İ.S.Bax “Suita N 2”, Hendel “Şəba Kraliçasının gəlişi” əsərlərindən musiqi parçaları müəllim və tələbə heyətinin qarşısında səslənib. Qeyd edək ki, solist qismində fleyta alətində Magda İbrahimova çıxış edib.